Tərtər rayonunun Suqovuşan kəndinin işğaldan azad edilməsinin ildönümüdür. Sentyabrın 27-də Azərbaycan Ordusunun mövqelərinin və yaşayış məntəqələrinin Ermənistan Silahlı Qüvvələri tərəfindən iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmasına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb.
Hərbi əməliyyatlarda Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərindən biri sayılır.
Bu istiqamətdə hafta.az -a şərh verən hərbi ekspert Şair Ramaldanov Suqovuşanın azad olunmasının əhəmiyyəti barədə maraqlı nüanslara diqqət çəkib.
Qeyd edək ki, oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı Suqovuşanın tarixi adı bərpa olunub.
Şair Ramaldanov bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi istiqamətində apardığı bütün əks hücum əməliyyatları ümumi plan çərçivəsində təşkil olunmuşdu.
“Əməliyyatlar bir Mərkəzdə - Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident, cənab İlham Əliyevin şəxsən özünün rəhbərliyi altında keçirilirdi. Azərbaycan Ordusunun hər hansı bir istiqamətdə apardığı döyüş əməliyyatları müəyyən plan üzrə əvvəlcədən işlənib hazırlanmışdı. Bütün istiqamətlər üzrə əməliyyatlar müəyyənləşdirilmişdi. Müharibə Planı Azərbaycanın əsas sənədlərindən biri olmuş və daim üzərində dəqiqləşdirilmələr aparılmışdır. Prezident öz müsahibələrində də demişdi ki, biz o planı mütəmadi olaraq dəqiqləşdirir, düzəlişlər edirdik. O cümlədən Suqovuşanın işğaldan azad edilməsi ümumi hərbi planın bir tərkib hissəsi olaraq keçirilib. Və Suqovuşanın azad edilməsi birinci növbədə onun ətrafındakı strateji yüksəkliklərin tutulması və özünün azad edilməsi ilə Ağdərə və Ağdam İstiqamətlərindəki yolun açılması demək idi”.
Ekspert qeyd edib ki, Suqovuşanın azad olunması planı və o əməliyyatın hərbi elmin tələblərinə uyğun olaraq aparılması Azərbaycan Ordusunun peşəkarlığını göstərir. Eyni zamanda bu, Azərbaycan Ordusu müasir silahlarla silahlanaraq qarşıda olan düşmənin müqavimət nöqtələrini darmadağın etməsi ilə müşahidə olunur.
“Suqovuşan istiqamətində gedən döyüşlər sızma hərəkəti ilə keçirilmişdir. Ordumuz düşməni mühasirəyə salaraq, düşmənin ordusunda vahimə yaradıb daxilində idarəçiliyi pozaraq dqşmənin mütəşəkkil şəkildə müqavimət göstərməsinə maneə törətmişdir. Əlbəttə, Suqovuşan Azərbaycan Ordusunun şəxsi heyətinin peşəkarlığı və misilsiz qəhrəmanlığı nəticəsində azad edildi. Onun digər əhəmiyyəti ondan ibarətdir ki, Suqovuşan bütün cəbhə boyu mərkəzdə olan bir istiqamətdir. Düşmən prisnip etibarilə həmin istiqamətdə mövqe tutaraq Ağdam istiqamətində ehkam yaratmaq üçün möhkəmlənirdi. Düşmən məhz əks hücumun o istiqamədə vurulacaını gözləyirdi. Ancaq Suqovuşunın azad edilməsi və düşmənin əlavə qüvvələrinin o istiqamətdə yerləşdirilməsi cənub istiqamətdə hücumun uğurlu olmasına imkan yaratdı. Düşmən Azərbaycanın cənub istiqamətindən hücumu inkişaf etdirəcəyini gözləmirdi. Düşmən hesab edirdi k, cənub istiqaməri bizim üçün əsas istiqamət deyil”
Azərbaycan Ordusunun hücum taktikasına və aldadıcı manevrlərinə diqqət şəkən ekspert, Suqovuşanın azad olunmasını həm staraeji- taktiki, həm ərazi baxımdan mühüm əhəmiyyət kəsb etdiyini deyib.
“Böyük qüvvənin Suqovuşan və onun ətrafında -Ağdam, Ağdərədə cəmlənməsi və saxlanması, cənub istiqamətində düşmənin müqavimətini gücləndirə bilməməsi kimi göstətilə bilər. Bu da Azərbaycanın 21-ci əsrin tələblərinə cavab verən müharibəsində Ali Baş Komandan İlham Əliyev cənablarının məhz sərkərdarlıq məharətindən xəbər verir”.